ŞƏHİDLƏRİMİZİ TANIYAQ VƏ TANIDAQ

Məktəbin kitabxanasında 4“A” sinif müəllimi Afət Allahverdiyeva və şagirdləri"Şəhidlərimizi tanıyaq və tanıdaq"adlı tədbir keçiriblər.Tədbirin  başlanğıcında şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlər Vətənin azadlığı, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən qəhrəman şəhidlərimizə həsr olunmuş şeirlər söyləyib, onların qəhrəmanlıqla dolu həyat yollarından bəhs edən təqdimatlarla çıxış ediblər. İgid oğullarımızın keçdiyi döyüş yollarını özündə əks edən videoçarxa baxıblar. Tədbirdə  şagirdlər Vətənə, şəhidlərimizə, bayrağımıza olan sevgilərini böyük ruh yüksəkliyi ilə göstəriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi