Məktəbdə "Şagird Davranış Qaydaları " layihəsi çərçivəsində rəğbətləndirmə tədbiri keçirilib

Məktəbdə şagirdlərin müsbət davranışlarını təşviq etmək və onların motivasiyasını artırmaq məqsədilə rəğbətləndirmə tədbiri təşkil edilib. Bu tədbir " Şagird davranış qaydaları " layihəsi çərçivəsində həyata keçirilir .
Tədbirin məqsədi şagirdlər arasında nizam-intizamı və məsuliyyəti artırmaq, müsbət davranışları təşviq edərək məktəb mühitini daha sağlam və səmimi etmək, şagirdlərə sosial və akademik fəaliyyətlərində motivasiya vermək, yaxşı davranış nümunələri göstərən şagirdləri tanıtmaq və mükafatlandırmaq olub.