"Süni İntellekt Əsaslı Virtual Biologiya" layihəsinin bağlanış tədbiri keçirilib

Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan "Süni İntellekt Əsaslı Virtual Biologiya" layihəsinin uğurla başa çatmasına həsr olunmuş bağlanış tədbiri keçirilib.
Tədbirdə Bakı şəhər 164 nömrəli tam orta məktəbin direktoru Kəmalə Qədirova, direktor müavini Nazimə Zeynalova, layihənin eksperti 83 nömrəli tam orta məktəbin biologiya müəllimi Kəmalə İslam, layihənin təlimçi
si 189-190 nömrəli tam məktəbin biologiya müəllimi Elnarə Nərimanova çıxış edərək layihənin gedişatı, əldə olunan nailiyyətlər və gələcək perspektivlər barədə fikirlərini bölüşüblər.
Layihənin rəhbəri, Bakı şəhəri 164 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İlahə Məmmədova çıxış edərək layihənin uğurları, əldə olunan nəticələr və gələcək perspektivlər haqqında məlumat verib.
Dörd ay davam edən layihə çərçivəsində Fizika, Kimya, Biologiya, Coğrafiya və Təbiət fənlərini tədris edən mentor müəllimlər və 6-8-ci sinif şagirdləri süni intellekt və virtual laboratoriyaların imkanlarından istifadə edərək interaktiv və təhlükəsiz mühitdə praktiki biliklər qazanıblar. Təlimlər Olab, Quiver, Virtualy-tee, Phet-Colorado, Planeta 42, Virtual Anatomy, 3D Mozaik, VR Recorder və digər platformalar vasitəsilə həyata keçirilib.
Layihənin əsas məqsədi şagirdlərin elmi tədqiqat və praktiki bacarıqlarını inkişaf etdirmək, gələcək karyera seçimlərinə dəstək olmaq və ekoloji yönümlü layihələrdə iştiraklarını təşviq etmək idi. Bu müddət ərzində 25 şagird və bir qrup müəllim innovativ təlim metodlarından istifadə edərək bilik və bacarıqlarını genişləndiriblər.
Bağlanış tədbirində iştirakçılar layihənin gedişatını əks etdirən təqdimat və çıxışlarla tanış olub, əldə olunan nailiyyətləri yüksək qiymətləndiriblər. Tədbirin sonunda layihədə fəal iştirak edən şagirdlər və müəllimlər sertifikatlarla təltif olunublar.
Bu layihənin uğurla başa çatması süni intellekt və virtual reallıq texnologiyalarının təhsil prosesinə inteqrasiyasının əhəmiyyətini bir daha nümayiş etdirdi. Gələcəkdə bu cür innovativ layihələrin davam etdirilməsi, təhsildə yeni texnologiyaların tətbiqinin genişləndirilməsi