" Elimizə bahar gəlir " adlı tədbir keçirilib

Məktəbin tarix müəllimi Ofelya Cəfərovanın təşkilatçılığı ilə və 6"A" sinfinin iştirakı ilə "Milli dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində " Elimizə bahar gəlir "adlı tədbir keçirilib. Tədbirin əsas məqsədi milli dəyərlərimizi yaşatmaq, xüsusilə də Novruz bayramı ilə bağlı adət-ənənələri məktəblilər arasında tanıtmaq olub.

Tədbirdə şagirdlər Novruzun əsas atributları – səməni, şamlar, bayram xonçaları və digər ənənəvi elementlərlə bəzədilmiş xüsusi guşə hazırlayıblar. Onlar Novruz adətləri haqqında çıxışlar edib, bayatılar, nəğmələr, səhnəciklər təqdim ediblər. Eyni zamanda, şagirdlər Novruz oyunlarından olan yumurta döyüşdürmə,ənzəli, papaqatdı və digər maraqlı əyləncələrlə tədbiri daha da rəngarəng ediblər.

Tədbir məktəbin digər müəllimləri və şagirdlərinin də marağına səbəb olub. Tədbirdə iştirak edən məktəbin direktoru Kəmalə Qədirova bildirib ki, Novruz adət- ənənələri qorunub saxlanmalı, gələcək nəsillərə ötürülməlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi