MƏKTƏBDƏ MONİTORİNQ KEÇİRİLİB

Məktəbdə V-VI siniflərdə təbiət, VII -XI siniflərdə fizika, kimya, biologiya fənləri üzrə monitorinq keçirilib. Monitorinqi keçirməkdə məqsəd şagirdlərin təlim nəticələrini təhlil etmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdan ibarətdir. Monitorinq müəllimlərin nəzarəti ilə əvvəlcədən müəyyən edilmiş qrafik əsasında keçirilib. Məktəb rəhbərliyi monitorinqin gedişinə nəzarət edib.