İdmançıların yarış hazırlığına psixoloji dəstək

Son zamanlar, idmançıların yüksək nəticələr əldə etməsi yalnız fiziki hazırlıqla deyil, həm də psixoloji hazırlıqla sıx bağlıdır. Bu səbəbdən, idmançıların  yarışa hazırlıq prosesində psixoloji yanaşmaların vacibliyi hər keçən gün daha da önəm qazanır. Məktəbimizdə keçirilən maarifləndirici söhbətdə idman müəllimləri Rauf Abbasov, Toğrul Quluzadə və məktəbin psixoloqları Gülsənəm Bayramlı ilə Gültəkin İskəndərova idmançıların yarışa psixoloji hazırlığının əhəmiyyətini diqqətə çatdırdılar. Söhbət zamanı, psixoloqlar və müəllim yarışlara hazırlığın yalnız bədən məşqləri ilə məhdudlaşmadığını, eyni zamanda idmançının psixoloji sağlamlığının və emosional durumunun düzgün idarə olunmasının vacibliyini vurğuladılar. Gülsənəm Bayramlı və Gültəkin İskəndərova, idmançı şagirdlərə stresin idarə olunması, özünə inamın artırılması, motivasiya və fokuslanma kimi psixoloji amillərin necə inkişaf etdiriləcəyini izah etdilər. Toğrul Quluzadə isə idmançıların məşq prosesində psixoloji yanaşmaların onların fiziki performansına da müsbət təsir etdiyini, hər bir yarışın yalnız fiziki güc yox, həm də psixoloji hazırlıq tələb etdiyini qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi