VIII - IX sinif şagirdlərinin iştirakı ilə basketbol yarışı keçirilib

Məktəbdə "İdman həftəsi " çərçivəsində fiziki tərbiyə müəllimlərinin təşkilatçılığı və VIII - IX sinif şagirdlərinin iştirakı ilə basketbol yarışı keçirilib. Bu tədbirlər şagirdlərin fiziki inkişafını dəstəkləyir, onlarda müsbət emosiyaların formalaşmasına və idmana olan marağın artmasına şərait yaradır. Eyni zamanda, sağlam həyat tərzinin əhəmiyyətini vurğulayaraq, məktəblilərin sosial və fiziki bacarıqlarının inkişafına töhfə verir. .