"Mother's day"

Məktəbin 4"B"sinfində 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə "Mother 's Day" adlı tədbir keçirilib. Tədbirin təşkilatçısı ingilis dili müəllimi Sevda Əfəndizadə tədbiri giriş sözü ilə açaraq bu günün əhəmiyyətlindən danışıb.  Şagirdlərdən Şamilzadə Aysel və Cəfərli Şəfəq Qadınlar gününün tarixindən, onun qeyd edilməsindən danışıblar. Sonra şagirdlər ingilis dilində hazırladıqları açıqcalarla analarını təbrik ediblər. Monitor vasitəsilə şagirdlərin analarının şəkilləri göstərilib,  anaları haqqında maarifləndirici videolar izlənilib, mahnılar səsləndirilib. Sonra şagirdlər analar gününə həsr edilən divar qəzeti hazırlayıblar. Divar qəzeti maraqla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi