"Sağlam qidalanma" mövzusunda maarifləndirici tədbir keçirilib

Məktəbdə İdman həftəsi çərçivəsində "Sağlam qidalanma" mövzusunda maarifləndirici tədbir keçirilib. Biologiya müəllimi Aysel Fərhadova bildirib ki, bu mövzu şagirdlərin sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri qazanması üçün çox vacib bir təşəbbüsdür.Tədbirdə sağlam və balanslı qidalanmanın əhəmiyyəti, düzgün qida seçimi, "fast-food "un zərərləri, vitamin və mineralların rolu kimi mövzular müzakirə edilib.