BİR ŞƏHƏR, BİR LİMAN

Bakı  Beynəlxalq Dəniz Ticarət Limanının təşəbbüsü və 3Alma nəşriyyatının tərəfdaşılığı ilə ərsəyə gələn Reyhan Yusifqızının “Bir şəhər, bir liman” adlı kitabının təqdimatı olub. Tədbirdə Bakı Limanının məsul şəxsləri də iştirak ediblər.

  Məktəbin 4"B" sinif şagirdləri bu möhtəşəm tədbirə öz çıxışları ilə rəng qatıblar. Onlar canlandırdıqları obrazları çox məharətlə təqdim ediblər. Tədbir iştirakçıları balaca qəhrəmanları  alqışlayıblar.

      Sonda yazıçı Reyhan Yusifqızı və kitabın rəssam illüstratoru Ruhulla Həsənzadə çıxış edən şagirdlərin hər birinə hədiyyə olunmuş “Bir şəhər, bir liman” kitablarını imzalayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi