" Şən starlar "

5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin bütün ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir. "İdman həftəsi” layihəsi çərçivəsində silsilə tədbirlər davam edir. Məktəbin fiziki tərbiyə müəllimlərinin iştirakı ilə V sinif şagirdləri arasında mütəhərrik oyunlar, voleybol və yüngül atletika üzrə qısa məsafəyə qaçış yarışları keçirilib. Qaliblər münsiflər heyəti tərəfindən mükafatlandırılıb.