Birinci siniflərdə ana dili və riyaziyyat fənləri üzrə monitorinq keçirilib

Birinci sinif şagirdlərinin riyazi bacarıqlarının, yazı vərdişlərinin və oxu kompetensiyalarının diaqnostik qiymətləndirilməsi məqsədilə monitorinqlər təşkil edilmişdir.
Riyazi biliklərin ölçülməsi məqsədilə hesablama, müqayisə etmə və məsələlərin həlli üzrə tapşırıqlar şagirdlərin fərdi inkişaf səviyyələrinə uyğun olaraq sistemləşdirilmişdir.
Yazı bacarıqlarının ölçülməsi üçün Azərbaycan və Rus bölmələri üzrə yaş xüsusiyyətlərinə uyğun imla mətnləri seçilmişdir.
Həmçinin şagirdlərin oxuduğunu anlama qabiliyyətinin dəyərləndirilməsi məqsədilə onlara kiçik həcmli mətnlər təqdim edilmiş və mətnin məzmununa dair sualları cavablandırmaları tövsiyə olunmuşdur.