Unutmarıq, Xocalı.....

Məktəbin Azərbaycan dili müəllimləri Sevinc Beybudova və Gülnarə Həsənova rus bölməsinin 7”C” sinfində Xocalı soyqırımına aid “Unutmarıq, Xocalı” adlı müzakirə keçiriblər. Öncə şagirdlər Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar. Sonra “Xocalı soyqırımı” haqqında tarixi məlumatlar deyilib, Xocalıya həsr olunmuş şeirlər söylənilib. Sonda müəllimlər 33 ildə bu qanlı cinayətin mənəvi ağrısını qəlblərimizdə daşımağımıza baxmayaraq, Xocalı şəhidlərinin ruhlarının şad olduğunu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyünün yenidən tam təmin edildiyini söyləyiblər.