MƏKTƏBİN XI SİNİF ŞAGİRDLƏRİ İLƏ İMTAHAN QABAĞI HƏYACAN VƏ STRESİN AZADILMASI İSTİQAMƏTİNDƏ MAARİFLƏNDİRİCİ GÖRÜŞ KEÇİRİLİB

Məktəb rəhbərliyinin təşəbbüsü ilə 11 – ci sinif şagirdləri ilə görüş keçirilib. Məktəbin direktoru Kəmalə Qədirova və təlim tərbiyə işləri üzrə direktor müavini Nazimə Zeynalova şagirdlərə buraxılış imtahanında uğurlar arzulayıblar. Məktəbin psixoloqları imtahanqabağı həyəcan və stressin azaldılması barədə danışıblar. Görüşün əsas məqsədi şagirdlərdə imtahan həyəcanını aradan qaldırmaq və imtahan haqqında maarifləndirici söhbət aparmaqdan ibarət olub.
Şagirdlərlə stresin və həyəcanın aradan qaldırılması və onlarda özgüvənin artırılması barədə söhbət aparılıb, şagirdin qidası, stressi aradan qaldırmaq gimnastikası və digər məsələlər müzakirə olunub. Stress, qayğılar, depressiya, yorğunluğun aradan qaldırılması üçün keçirilən görüş şagirdlərdə imtahanqabağı bir motivasiya olub.Şagirdlərimizə uğurlar arzulayırıq.