MƏKTƏBİN RİYAZİYYAT- İNFORMATİKA FƏNNİNİ TƏDRİS EDƏN MÜƏLLİMLƏRİ HESABAT VERİBLƏR

Məktəb müdiriyyətinin iştirakı ilə Riyaziyyat- informatika fənnini tədris edən müəllimlərin I yarımil ərzində gördüyü işlərinin   hesabatı dinlənilib. Müəllimlər hesabatlarında  məktəbin Fəaliyyət planına əsasən şagirdlərin riyazi bacarıqarının inkişafı üçün iştirak etdikləri layihələrdən, olimpiadalarda yüksək nəticə göstərən şagirdlərlə apardıqları   işlərdən   danışıblar. Şagirdlərin  monitorinqlərdə göstərdikləri nəticələrin dinamikasını izlədiklərini, zəif şagirdlərlə   qrafik əsasında məşğul olduğlarını bildiriblər. Eyni zamanda şagirdlərin  riyazi bacarıqlarının inkişafı üçün təşkil olunan   maarifləndirici  tədbirlər, yarışlar barədə məlumat  veriblər. Müəllimlər öz hesabatlarında  təhsilin  keyfiyyətini artırmaq üçün həyata keçirmək istədikləri təkliflərdən, şagirdlərin motivasiyasının yüksəldilməsində istifadə etdikləri yeni texnologiyalardan  danışıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi