Fənn müəllimlərinin hesabatları dinlənildi

Məktəbdə təhsilin keyfiyyətinin qiymətləndirilməsi üçün fənn müəllimlərinin hesabatları vacib şərtlərdən biridir.Bu hesabatlar vasitəsilə məktəb rəhbərliyi, təhsil qurumları şagirdlərin akademik  irəliləyişini qiymətləndirə bilirlər. 
 Bu məqsədlə məktəbimizdə bütün fənn müəllimlərinin hesabatına start verilib.
ilkin olaraq  Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin hesabatları dinlənilib. Hesabatda çıxış edən müəllimlər fənn üzrə tədris planına uyğun olaraq gördükləri işlər barədə söhbət açıb, dərs dedikləri siniflərdə şagirdlərin orta müvəffəqiyyət göstəricisini qeyd ediblər. Dərslərdə istifadə etdikləri video və slaydların tətbiqindən, şagirdlərin inşa, esse yazma vərdişlərinin inkişaf etdirilməsindən, daha sonra keçirdikləri ədəbi-bədii gecələr, diskussiyalar,  dəyirmi masalar,  viktorinaların tədris  və tərbiyədə əhəmiyyətini qeyd ediblər. 
Eyni zamanda ədəbi mütaliənin artırılması üçün kitabxana saatlarının təşkil edilməsi,  aşağı nəticə göstərən şagirdlər üçün əlavə dərslərin keçirilməsini diqqətə çatdırıblar.
Belə qənaət hasil olub ki, tədris planı uğurla icra edilib, şagirdlərin ümumi inkişaf səviyyəsi qənaətbəxşdir. Növbəti yarımildə yazılı nitq bacarıqlarının daha da təkmilləşdirilməsi üçün əlavə tədbirləri mükəmməlləşdirəcəklərini söyləyiblər. Müəllimlər öz hesabatlarının sonunda gələcək planlarının fənnin təhsil keyfiyyətini artırmaq üçün həyata keçirmək istədikləri təkliflərdən, şagirdlərin motivasiyasının yüksəldilməsində istifadə etdikləri metodlardan söhbət açıblar. 
 Verilən bütün bu hesabatlar məktəb rəhbərliyinin fəaliyyət monitorinqinin daha effektli aparılmasına imkan yaradacaq və məktəbin akademik keyfiyyətinin müsbət istiqamətdə irəliləyişinə səbəb olacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi