"ELEKTRİK VƏ ELEKTRON TULLANTILARININ SAĞLAMLIĞA MƏNFİ TƏSİRLƏRİ" MÖVZUSUNDA DƏRS KEÇİRİLİB

Məktəbin fizika müəllimi Sevinc Eldarova 10 "Ç" sinif şagirdləri ilə birlikdə maraqlı dərs təşkil edib. Müəllim elektrik və elektron tullantılar (e-tullantılar) uşaqların sağlamlığına ciddi mənfi təsirləri haqqında ətraflı məlumat verib. Müəllim  bildirib ki, tullantıların tərkibində qurğuşun, kadmium, civə və fenollu birləşmələr kimi zəhərli maddələr mövcuddur. Düzgün utilizasiya edilmədikdə və ya təkrar emal zamanı bu maddələr ətrafa yayılaraq torpağı, suyu və havanı çirkləndirir.
Uşaqların inkişaf edən orqanizmləri bu zəhərli maddələrə qarşı daha həssasdır. Onların bədən çəkisi az olduğundan və inkişaf prosesində olduqlarından, eyni miqdarda toksinlər onlara böyüklərə nisbətən daha çox zərər verə bilər. Şagirdlər müzakirə olunan mövzu ilə bağlı araşdırmalar ediblər. Sonda şagirdlərə mövzu ilə bağlı videoçarx təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi