"Qaraca qız" hekayəsinin müzakirəsi keçirilib

Məktəbin kitabxanasında 7"A"sinif şagirdlərinin iştirakı ilə Suleyman Sani Axundovun "Qaraca qız" hekayəsinin müzakirəsi keçirilib. Şagirdlər hekayənin mövzusu, məzmunu, ideyası haqqında danışıb. Müəllimin verdiyi suallara aydın ətraflı cavab veriblər. Əsərdəki obrazların təhlilin apararaq öz fikirlərini söyləyiblər. Daha sonra təhlil olunan əsərdə azyaşlı iki qızın-Xədicə və Tutunun hüquqlarının pozulması müzakirə olunub. Ağır həyat tərzi keçirən Tutu-Qaraca qız zəlzələ zamanı valideynlərini itirdikdən sonra həyatın ağır çətinlikləri ilə üzləşib. Şagirdlər Tutunun həyat hekayəsi ilə öz həyatlarını müqayisə edərək Tutunun təhsil almaq, sağlamlıq, yaşamaq, istirahət, səyahət etmək və başqa hüquqlarının pozulmasına toxunaraq əsərdəki dövrlə, müasir dövrümüzün müqayisəsini aparıblar. Tədbirdə şagirdlərdən Əkbərova Zəhranın və Məmmədova Zəhranın ifasında əsərdən səhnələşdirilmiş bir parça tamaşa da göstərilib.Keçirilən əsərin müzakirəsi əsaslı olaraq 2025-ci ilin '' Konstitusiya və Suverenlik ili " münasibəti ilə təşkil olunub. Belə ki, şagirdlər əsərdəki dövrdən fərqli olaraq müasir dövrdə insan hüquqlarının qorunması məsələsinə də toxunaraq , konstitusiyada uşaqların hüquqlarını qoruyan maddələrdən nümunələr gətiriblər.