21 FEVRAL BEYNƏLXALQ ANA DİLİ GÜNÜDÜR

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Bağırovanın təşkilatçılığı  və  6”B” , “5Ç” sinif şagirdlərinin iştirakı ilə 21 Fevral  Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə şagirdlər ana dilinə həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa ediblər. Şagirdlər təqdimatlarında bildiriblər ki, Ana dilimiz xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir. Bu dil Azərbaycan xalqının fikrinin, düşüncəsinin, əqidə və məsləkinin, milli ruhunun ifadəsidir. Müəllim çıxışında bildirib ki, xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçib, ancaq öz mənliyini, milliliyini, dilini itirməyib. Biz müstəqil dövlətin, azad xalqın nümayəndəsi kimi doğma dilimizlə, Azərbaycan dili ilə fəxr edirik. Müəllim sonda Ulu öndər Heydər Əliyevin dil haqqında kəlamını şagirdlərin diqqətinə çatdırıb. "Hər bir xalq öz dili ilə yaranır. Xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur ".

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi