“Narkomaniyaya Yox Deyək” adlı maarifləndirici söbhət keçirildi

   Məktəbimizin psixoloqları Gülsənəm Bayramlı və Gültəkin İskəndərova 8-9-10-cu sinif şagirdləri ilə “Narkomaniyaya Yox Deyək” mövzusunda maarifləndirici söhbət keçiriblər. Söhbət zamanı narkomaniyanın insanlar üçün yaratdığı təhlükələrdən, bu bəlanın qarşısını almaq yollarından və sağlam həyat tərzinin əhəmiyyətindən bəhs olunub.

Psixoloqlar, narkotik maddələrin insan orqanizmi və psixologiyası üzərindəki zərərli təsirlərini vurğulayaraq, şagirdləri belə pis vərdişlərdən uzaq durmağa çağırıblar. Onlar narkomaniyanın yalnız şəxsi həyatları deyil, ailə və cəmiyyət üzərində də çox ciddi təsirlərə səbəb olduğunu qeyd etdiblər.

Məktəbimizdə keçirilən bu cür maarifləndirici tədbirlər şagirdlərin daha sağlam və məsuliyyətli qərarlar verməsinə kömək etmək məqsədi daşıyır. Psixoloqlar, şagirdləri düzgün davranış modelləri ilə tanış edərək, onlara stresslə mübarizə, düzgün dost seçimləri və sağlam həyat tərzi qurma yollarını öyrətdilər.

Söhbət zamanı şagirdlər, narkotik maddələrin təsiri altında insanların həyatlarını necə dəyişdirə biləcəyi və cəmiyyətə verdiyi zərər barədə düşünməyə təşviq olundular. Tədbir iştirakçıları, narkomaniyaya qarşı mübarizənin yalnız fərdi səviyyədə deyil, həm də cəmiyyətin birgə çalışması ilə effektiv ola biləcəyini vurğuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi