Məktəbdə " Qəhvəyi mərmər bağacığa qarşı mübarizə" mövzusunda maarifləndirici söhbət aparılıb
Məktəbdə " Qəhvəyi mərmər bağacığa qarşı mübarizə" mövzusunda maarifləndirici söhbət aparılıb. Görüşün keçirilməsi ətraf mühitin qorunması və kənd təsərrüfatına zərər verən zərərvericilərlə mübarizə haqqında şagirdlərin məlumatlılığını artırmaq baxımından çox vacibdir. Söhbət zamanı biologiya müəllimi Aliyə İsmayılova 7"A" və7"B" sinif şagirdlərinə qəhvəyi mərmər bağacığının təbiətdə və xüsusilə kənd təsərrüfatı sahələrində necə ziyan vurduğunu izah edib. Eyni zamanda, bu zərərvericilərə qarşı hansı mübarizə metodlarının tətbiq olunduğu, orqanik və kimyəvi vasitələrin istifadə qaydaları, eləcə də ekologiyaya zərər vermədən bu mübarizənin necə aparılacağı barədə məlumatlar verilib.