BULLİNQ NƏDİR VƏ ONDAN NECƏ QORUNMAQ LAZIMDIR?

Məktəbdə ibtidai sinif müəllimi F.Hacıəliyeva 2 "E"sinif şagirdləri ilə birlikdə "Bulling nədir və ondan necə qorunmaq lazımdır?" mövzusunda maarifləndirici dərs keçirib. Müəllim şagirdlərə bildirib ki, bulling – bir şəxsin digərinə qarşı davamlı şəkildə zorakılıq, təhqir və ya psixoloji təzyiq göstərməsidir. Bu, məktəbdə, sosial şəbəkələrdə və digər mühitlərdə baş verə bilər. Bullingə məruz qalan şəxs qorxu, stress və inamsızlıq hiss edə bilər .Müəllim şagirdlərə mövzu ilə bağlı videoçarx nümayiş etdirib.Şagirdlərə bullinqdən qorunma yollarnı göstərib. Bullinqə göz yummamağı– əgər başqasının zorakılığa məruz qaldığını görürsənsə, ona kömək etməyi və böyüklərə məlumat verməyi bildirib.