“YA ŞƏHİD OLARAM YA QAZİ ! YOX , QAZİ OLUB, İNTİQAM ALIB SONRA ŞƏHİD OLARAM!”

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Bağırova 9 “B” və 5”Ç” sinif şagirdlərinin iştirakı ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr edilmiş ədəbi-bədii kompozisiya keçiriblər. Şagirdlər İlk öncə Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar. Sonra məktəbin direktoru K. Qədirova bildirib ki, Azərbaycan xalqı üçün bu həyatda ən əziz, qiymətli və müqəddəs bir hiss vardır ki, o da Vətən və vətən uğrunda şəhidlik zirvəsinə ucalmaqdır. Çünki bu vətən Mübariz kimi milləti və vətəni üçün ölümün gözünə dik baxan, ölümün üzərinə təkbaşına gedən, yüzlərlə düşmənlə təkbaşına mübarizə aparan, Polad kimi cəsur, mərd, rütbəcə general olmasına baxmayaraq, öz əsgəri ilə çiyin-çiyinə birlikdə səngərdə döyüşən qəhrəmanlar yetişdirib.Şagirdlər Vətən yolunda canından keçən Milli Qəhrəmanımıza həsr edilmiş bədii nümunlərdən parçalar söyləyib, əsərin mövzu və ideyasına münasibət bildiriblər.
5"Ç" sinif şagirdləri təqdimatlarında bildiriblər ki, şəhidlər Vətən, millət və müstəqillik uğrunda canlarını fəda edib əbədi ölümsüzlüyə qovuşublar. “Şəhidlər illər, əsrlər, minilliklər keçməsinə baxmayaraq, heç vaxt unudulmayan qəhrəmanlardır”.