XALQIMIZA QARŞI EDİLƏN QƏDDARLIQ
Məktəb kitabxanasında 7 "A" sinif şagirdlərinin iştirakı və Azərbaycan dili və ədəbyyatı müəllimi Sahilə Allahverdiyevanın təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş "Xalqımıza qarşı edilən qəddarlıq" başlığı altında dəyirmi masa keçirilib. Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan xalqının azadlıq arzusunu boğmaq istəyən düşmənlərimizin 1990-cı il19-dan 20-nə keçən gecə xalqımıza qarşı törətdiyi qətliyamın ağır faciəsindən danışılıb. Sonra şagirdlər həmin hadisələr haqıında bədii nümunələr və fikirlər söyləyiblər. Daha sonra sənədli filmlər, videoçarxlar nümayiş edilib. Xalqımıza qarşı törədilən bu faciə şagirdlərin yaddaşına unudulmayan faciələrlə dolu bir tarix kimi həkk olunub.