Zərərli vərdişlərə yox deyək!

Nəsimi RPİ-nin  İTS-nin YYÇ-la profilaktiki işin təşkili bölməsinin inspektoru polis baş leytenantı İbrahimova Ziba xanımın istirakı ilə məktəbimizin psixoloqları Gülsənəm Bayramlı və Gültəkin İskəndərova tərəfindən VIII sinif şagirdləri ilə “Reproduktiv Sağlamlıq” layihəsi üzrə “Zərərli vərdişlərə yox deyək!” adlı maarifləndirici söhbət aparılıb.

      Söhbətin əsas məqsədi zərərli vərdişlərin insan orqanizminə mənfi təsiri barəsində məlumatlar vermək, bu vərdişlərdən qorunmaq yollarını müzakirə etməkdən ibarət olub. Şagirdlərə bildirilib ki, pis və ya zərərli vərdişlərdən uzaq olmaq, özünə və cəmiyyətə ziyanlı əməllər sahibi olmamaq insandan iradə, xarakter tələb edir. ’’Zərərli vərdişlər” mövzusunda söhbət zamanı tütün və alkoqol istifadəsi, narkotiklər,düzgün olmayan qidalanma və digər vərdişlərin uzunmüddətli təsirləri vurğulanıb. Bu cür müzakirələr şagirdlərin öz sağlamlıqlarını qorumağa və həyat tərzini sağlam tutmaga yönəlməsinə xidmət edir.

     Şagirdlər arasında zərərli vərdişlər,  xüsusi ilə siqaret və onun əks təsirləri barəsində fikir mübadiləsi aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi