PEDAQOJİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Məktəbdə pedaqoji şuranın növbəti iclası keçirilib. Məktəbin direktoru Kəmalə Qədirova pedaqoji kollektivi gündəlikdə olan məsələlərlə tanış edib. Sonra Kəmalə müəllim V-VIII və X siniflərdə tədris dili (ana dili) fənnindən keçirilən monitorinqin nəticələri barədə çıxış edib. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nazimə Zeynalova VI, VIII, X siniflərdə riyaziyyatdan keçirilən monitorinqin və V-VI siniflərdə təbiət və VII-XI siniflərdə riyaziyyat, fizika, kimya, biologiya, informatika fənlərindən keçirilən müsabiqələrin nəticələri haqqında məlumat verib. III-IV siniflərdə riyaziyyat-məntiq bilik yarışının nəticələri haqqında məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İlahə Məmmədova danışıb. Rəqəmsal bacarıqlar və STEAM fənlərinin tədrisi keyfiyyətinin öyrənilməsi və hesabatlılığın təşkili haqqında məktəbin direktoru Kəmalə Qədirova danışıb. Eyni zamanda Respublika Fənn Olimpiadalarının şəhər mərhələsinin nəticələri haqqında məktəbin direktoru məlumat verib. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Nazimə Zeynalova və İlahə Məmmədova nümunəvi dərslər və dərsdinləmələrin təşkili vəziyyəti haqqında və sinif jurnallaının aparılması vəziyyəti haqqında çıxış ediblər. Məktəbdə fəaliyyət göstərən “Kiçik akademiya” nın fəaliyyəti haqqında Təranə Bağırova məlumat verib. Sonda Kəmalə müəllim cari məsələlər barədə danışıb. Müəllimlərə tapşırıqlar verib.