V-VI SİNİFLƏRDƏ RƏQƏMSAL SUMMATİV QİYMƏTLƏNDİRMƏ KEÇİRİLİB
Məktəbimizin V-VI siniflərində rəqəmsal böyük summativ qiymətləndirmə keçirilib. Summativ qiymətləndirmənin rəqəmsal keçirilməsində məqsəd təhsilalanların rəqəmsal bacarıqlarını təkmilləşdirmək, təhsilalanların nəticələrinə dair çevik hesabatlılığın aparılaraq fərdi yanaşmanı təmin etmək olub. Rəqəmsal summativ qiymətləndirmənin keçirilməsi eyni zamanda şagirdlərin beynəlxalq qiymətləndirmə tədqiqatlarına hazırlığını təmin etməkdir. Rəqəmsal qiymətləndirmə prosesi virtual sinifdə təyin olunmuş vaxt ərzində reallaşdırılır. Bu üstünlük qiymətləndirmə vaxtının optimallaşdırmasına zəmin yaradır, şagirdlər nəticələr barədə yerində məlumatlar əldə edirlər.