"Azərbaycanın Dövlət Qoruqları və Milli Parkları " adlı layihənin təqdimat keçirilib
Məktəbimizin müəllimləri Esmira Zöhrabova və Gülümsər Orucovanın təşkilatçılığı ilə 9 "E" sinif şagirdləri ilə "Azərbaycanın Dövlət Qoruqları və Milli Parkları " adlı layihənin təqdimatı keçirilib. Təqdimat zamanı bildirildi ki , Azərbaycan Respublikasının ərazisi zəngin flora və faunaya malik olması, könülləri oxşayan havası, sərin cənnət meşələri, zəngin təbii sərvətləri ilə həmişə seçilmişdir. Ölkəmizdə nadir bitki və heyvan növlərini qorumaq məqsədilə milli parklar və qoruqlar yaradılmışdır. Ana təbiətin bir parçası olan qoruqlar mühafizə zolağına aid edilib. Burada nadir və nəsli kəsilməkdə olan heyvan və bitki növləri xüsusi olaraq qorunur və eyni zamanda onların adları "Qırmızı kitaba" daxil edilib. Şagirdlər təqdimat əsasında hər bir qoruq haqqında hazırladıqları referat və videoslaydlarla çıxış edərək mövzu ətrafında maraqlı və geniş məlumatlar veriblər. Çıxış edən hər bir şagirdə ana təbiətin bizə bəxş etdiyi əvəzsiz varlığı meşələri, yaşıllıqları, təbii gözəllikləri qorumağın vacibliyi vurğulanıb.