KİÇİK AKADEMİYA ÜZVLƏRİNİN ƏDƏBİYYAT FƏNNİ ÜZRƏ TƏQDİMATI KEÇİRİLİB

Kiçik Akademiya üzvlərinin təqdimatı məktəbin Fəaliyyət planına əsasən “Naxçıvan aylığına həsr olunub.Şagirdlər fənn müəllimlərinin dəstəyi ilə apardıqları kiçik elmi araşdırmalarını təqdim ediblər. Məktəbin 6d sinif şagirdləri Qarayev Vəli “Azərbaycanın gözəl şəhərlərindən biri”, Tasilov Əkbər “Naxçıvan haqqında məlumat " təqdimatları ilə çıxış ediblər.8b sinfinin şagirdləri Paşşanlı Abdulla “ Naxçıvanın 100 illik tarixi”, Axundova Səma “ Naxçıvan Muxtar Respublikası”, 7a sinif şagirdi Abdullazadə Zeynəb Muxtar Respublikanın 100 illiyi”, 8d sinif şagirdləri Əliyeva Albina , Həsənova Aygün, 8a sinif şagirdi Qasımova Fatimə " Naxçıvanın iqtisadiyyatı " mövzularında çıxış ediblər. Şagirdlər aşağıdakı meyarlara əsasən qiymətləndiriliblər :Yaradıcı yanaşma - 20 bal
2. Problemin həllinə yönələn tövsiyələr,yaxud praktik yanaşma - 20 bal
3.Araşdırma ,arqumentləri dəstəkləyən real faktlar.Dünya təcrübəsinə istinad - 20 bal
4. Vaxtdan düzgün istifadə - 10 bal
5. Vizual dəstək (slaydlar və multimedia)- 10 bal
6. Etika və fərqli fikirlərə hörmət - 10 bal
7.Təqdimat mədəniyyəti - 10 bal
Təqdimatda məktəb müdiriyyəti , fənn müəllimləri iştirak ediblər.