MƏKTƏBİMİZİN ŞAGİRDİ "HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN TARİXİ" MÖVZUNDA KEÇİRİLƏN MÜSABİQƏDƏ QALİB OLUB

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan paytaxt məktəbliləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktiki konfranslar keçirilib. Tədbirdə Bakı şəhəri üzrə keçirilmiş referat müsabiqəsində qalib gəlmiş şagirdlər iştirak ediblər. Məktəbimizin şagirdi Əli Əmirli keçirilən referat müsabiqəsində qalib olub.Əlinin elmi rəhbəri məktəbin tarix müəllimi Ofelya Cəfərovadır.