ŞAGİRDLƏRİMİZ “ROBOTZADƏDƏ”TƏLİM KEÇİBLƏR.

Məktəbin riyaziyyat-informatika müəllimi Ramazanova ilahə STEAM dərsinə marağı artırmaq və şagirdlərin texnologiyanı praktik öyrənmə vərdişlərini yüksəltmək məqsədi ilə 6"A"sinfini “Robotzadə Texnologiyalar” mərkəzinə təlimə aparıb. Şagirdlərə mərkəzin təlimçisi “Koduroki” robotu haqqında məlumatlar verib, şagirdlərlə praktik təcrübələr ediblər. Bundan başqa maraqlı sensorlarla tanış olub onların iş prinsiplərini təcrübədən keçiriblər. Daha sonra şagirdlərimiz Mbot robotu ilə tanış olublar, xəttizləyən robotu praktik sürüblər. Mərkəzdən uşaqlar xoş təəsuratla ayrılıblar. Şagirdlərə mərkəzdən “Robotzadə” loqosunun açarlığı hədiyyə olunub.