UĞUR QAZANAN ŞAGİRDLƏRİMİZ

Məktəbin 2"B"şagirdi Cəfərli Zərifə və 4"B"sinif şagirdi Mədinə Həşimova İMEK prestijli beynəlxalq yarışmasında iştirak etmişlər. Zərifə qızıl, Mədinə isə gümüş medal qazanmışdır.
Analitik düşüncə və problem həll etmə bacarıqlarını inkişaf etdirən bu ideal platformada şagirdimizin qələbəsini məktəbin də uğuru kimi qeyd etmək olar.
Zərifəni və Mədinəni bu münasibətlə təbrik edir və onlara daha böyük nailiyyətlər arzulayırıq.