Modelləşdirmə mövzusunda nümunəvi dərs keçirilib

Məktəbin İnformatika və Rəqəmsal bacarıqlar layihəsinin müəllimi Qurbanova Bənövşə 8 "E" sinfində "Modelləşdirmə anlayışı" mövzusunda nümunəvi dərs keçirib. Dərs əvvəl biliklərin təkrarlanmasına aid "Kahoot" - da oyun ilə başlayaraq şagirdlərin dərsə marağını yüksəldib. Müəllim daha sonra yeni mövzuya aid yönləndirici suallar verərək dərsin mövzusunu elan edib. Təqdimat üzrə məlumatları ötürərək uşaqları öz platformalarında yeni dərsin elektron kitabını nəzərdən keçirərək, sualların cavablandırmasını tapşırıb. Şagirdlər tapşırıqları yerinə yetirib, refleksiya üçün yeni mövzuya uygun növbəti "Kahoot"- u oynayıblar. Sonda bəzi fəal şagirdlər qiymətlədirilib. Dərsdə müdiriyyət və metodbirləşmə rəhbəri də iştrak edərək dərs prosesini müşahidə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi