“Erkən nikah” mövzusunda maarifləndirici söhbət

Məktəbin psixoloqları Gülsənəm Bayramlı və Gültəkin İskəndərova 9 "A" və 9 "Ç" siniflərində “Erkən nikah” mövzusunda psixoprofilaktik söhbət aparıblar. Söhbət zamanı erkən nikahın cəmiyyətə və fərdi həyatımıza olan mənfi təsirləri barədə geniş məlumat verilib. Psixoloqlar şagirdləri erkən nikahın sağlamlıq, təhsil və psixoloji inkişaf üzərindəki ciddi təsirləri barədə məlumatlandırıblar.
Söhbətin məqsədi gənc nəslin bu məsələyə dair daha dolğun və düzgün məlumat əldə etməsi, erkən nikahın qarşısının alınmasına dair bilinçli yanaşmaların formalaşdırılması olub. Psixoloqlar həmçinin şagirdlərin fərdi həyatda qarşılaşa biləcəyi çətinliklər və bu vəziyyətlərlə necə mübarizə aparma yolları barədə də ətraflı danışıblar.
Bu cür maarifləndirici tədbirlər məktəblilərin sosial və psixoloji inkişafına töhfə verməklə yanaşı, erkən nikah mövzusunda cəmiyyətin maariflənməsinə də böyük dəstək olur.