"GƏLƏCƏK GÜN" ƏSƏRİNİN TƏHLİLİ ÜZRƏ NÜMUNƏVİ DƏRS KEÇİRİLİB

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Bağırova Təranə 9"B" sinfində Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus mövqeyi olan Mirzə İbrahimovun “Gələcək gün” əsərinin təhlili üzrə nümunəvi dərs keçirib. Şagirdlər qruplar şəklində işləyib, təqdimatlarında obrazlara münasibət bildirib, əsərin mövzusu, ideyası haqqında öz fikirlərini bildiriblər. Müəllim təlim nəticələrinə əsasən şagirdləri qiymətləndirib. Müəllim bildirib ki, “Cənub hekayələri” yazıçının gördüyü, şahidi olduğu real və canlı hadisələrin məhsuludur. Həqiqi sənət əsərləri yaradan Azərbaycan ziyalıları içərisində xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas, alim Mirzə İbrahimovun yaradıcılıq aləmində özünəməxsus yeri var. Ədibin keçdiyi çətin və şərəfli ömür yolundan görmək olur ki, Mirzə İbrahimov 1930-cu illərdən başlayaraq ömürünün sonuna qədər ədəbi, elmi işini böyük dövlət əhəmiyyətli ictimai fəaliyyət sahələri ilə sıx əlaqələndirərək ədəbiyyatımızın və mədəniyyətimizin nüfuzlu nümayəndələrindən biri kimi yüksəlmişdir. O, bir yazıçı və dövlət xadimi kimi həmişə tükənməz yaradıcılıq qüvvəsini, qəlbinin hərarətini, zəngin həyat təcrübəsini xalqa, vətənə həsr etmişdir. Nümunəvi dərsdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nazimə Zeynalova iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi