ILHAM ƏLİYEV VƏ QÜDRƏTLİ AZƏRBAYCAN

Məktəbin tarix müəllimləri  Ofelya  Cəfərova ,Leyla Mənsimova  və  hərbi rəhbər Nurəddin Qasımovun təşkilatçılığı ilə “İlham  Əliyev və Qüdrətli Azərbaycan“ mövzusunda tədbir keçirilib. Şagirdlər  çıxışlarında  bildiriblər ki, tariximizə möhtəşəm quruculuq illəri kimi düşən son 20 ildə bacarıqlı dövlət başçısı kimi cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız əsrə bərabər inkişaf yolu keçərək ölkəmizə gələn hər kəsi heyran edir. Ali Baş Komandan olaraq cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilən 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər rəşadətli Ordumuzun tarixi nailiyyəti oldu. 30 ildən çox davam edən bu münaqişəyə  ölkə başçısı cənab İlham Əliyevin cəsarəti və bənzəri olmayan müdrik rəhbərliyi ilə həmişəlik son qoyuldu. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev İşğaldan azad edilmiş bütün ərazilərlə yanaşı Qarabağın tacı olan Şuşada və Xankəndində Azərbaycanın üç rəngli bayrağını ucaltmaqla Qarabağın əzəli sahibinin Azərbaycan xalqı olduğunu bütün dünyaya göstərərək  xalqımıza əbədi qələbə sevinci bəxş etdi. Odur ki, bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzinə çevrilən Lider kimi sevir, dəstəkləyir. Hər kəs Prezident İlham Əliyevi xilaskar Lider və Azərbaycan tarixinin ən qüdrətli sərkərdəsi olaraq qəbul edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi