"NAXÇIVANIN TƏBİİ SƏRVƏTLƏRİ" MÖVZUSUNDA İNTELLEKTUAL YARIŞ KEÇİRİLİB

Məktəbdə coğrafiya müəllimləri Özyürek Elmira və Şiraliyeva Raisanın təşkilatçılığı "Naxçıvanın təbii sərvətləri" mövzusunda intellektual oyun keçirilib. Məqsəd şagirdlərə Naxçıvanın zəngin təbii sərvətlərini tanıtmaq məqsədi daşıyıb. Oyun "Naxçıvan ayı" çərçivəsində təşkil edildiyi üçün yerli mədəniyyətin və təbii sərvətlərin tanıdılması xüsusi əhəmiyyət kəsb edib. Oyun çərçivəsində iştirakçılar müxtəlif tapşırıqları yerinə yetirərək həm əyləniblər, həm də Naxçıvanın təbii sərvətləri haqqında dəyərli biliklər əldə ediblər.