MƏKTƏBİMİZDƏ DAMA YARIŞI KEÇİRİLİB

Məktəbimizdə qızlar və oğlanlar arasında dama yarışı üzrə məktəb birinciliyi keçirilib. Yarış olimpiya sistemi ilə keçirilib. Qızlardan  7"D"sinif şagirdi Axundzadə Mədinə, oğlanlardan isə 6"E" sinif şagirdi Quluzadə Ağalar bütün rəqiblərini məğlub edərək yarışın qalibi olublar. Dama üzrə məktəb birinciliyinin keçirilməsi, şagirdlərin intellektual bacarıqlarını inkişaf etdirmək, strateji düşünmə qabiliyyətlərini artırmaq və eyni zamanda sağlam rəqabət mühitində bir-birilə qarşılaşmalarını təmin etmək baxımından çox faydalıdır. Bu cür tədbirlər həm də məktəbin sosial həyatını canlandıraraq, şagirdlər arasında dostluq və əməkdaşlıq ruhunu gücləndirir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi