Naxçıvanın 100 illik inkişaf yolu...

Naxçıvan Azərbaycanın mədəniyyət, tarix və inkişafına mühüm töhfələr verən bir bölgədir. 2025-ci il fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının 100 ili tamam olur. Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, içtimai-siyasi və elmimədəni həyatında özünəməxsus rol oynamışdır. Məktəbimizdə “Naxçıvan ayı” çərçivəsində “Naxçıvanın 100 illik inkişaf yolu " adlı inşa müsabiqəsi keçirilib. Müsabiqənin məqsədi Naxçıvanın tarixi, mədəniyyəti və inkişafını gənc nəslə tanıtmaq, onların milli dəyərlərimizi daha yaxşı anlamalarına şərait yaratmaq və yaradıcı düşüncələrini inkişaf etdirmək olub. 7-8-ci sinif şagirdləri arasında keçirilən bu müsabiqə böyük marağa səbəb olub. Müsabiqədə şagirdlərə bu əlamətdar hadisə ilə bağlı öz fikirlərini yazılı şəkildə ifadə etmək imkanı yaradılıb. Şagirdlər müsabiqədə Naxçıvanın keçdiyi 100 illik inkişaf yolunu və bu yolda əldə olunan nailiyyətləri fərqli şəkildə təqdim ediblər. Naxçıvanın keçmişdəki çətin dövrlərindən, bu regionun müstəqillik, iqtisadi və sosial inkişaf sahələrindəki böyük irəliləyişlərindən, gözəl təbiət və mədəniyyətindən, bu gözəllikləri gələcəkdə necə qorumalı və inkişaf etdirilməli olduqlarından yazıblar. Müsabiqədəki yazılar bir çox tərəfdən diqqətəlayiq idi, çünki şagirdlər bu mövzuda geniş araşdırma apararaq, həm keçmişə, həm də gələcəyə baxışlarını mükəmməl şəkildə ifadə ediblər. Müsabiqənin sonunda müəllimlər və məktəb rəhbərliyi tərəfindən hər bir iştirakçıya sertifikatlar təqdim olunub. Eyni zamanda, ən yaxşı inşa yazıları xüsusi olaraq qiymətləndirilib və bir neçə şagirdin yazısı məktəbin divar qəzetində çap olunub. Bu, şagirdlərin yazı bacarıqlarını artırmaqla yanaşı, onların Naxçıvan haqqında daha çox öyrənmələrinə də dəstək olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi