"Naxçıvanın milli mənəvi dəyərləri" mövzusunda tədbir keçirilib

"Naxçıvan ayı" ilə əlaqədar məktəbdə "Naxçıvanın adət-ənənələri" mövzusunda tədbir keçirilib. Tədbirin təşkilatçısı Ofelya Cafərova, 11"A" və 6"A" siniflərinin şagirdləri ilə birlikdə Naxçıvanın zəngin adət-ənənələri barədə ətraflı danışıblar , onun zəngin mədəniyyətin özəlliklərini vurğulayıblar. Şagirdlər tədbirdə maraqlı faktlarla çıxış edərək Naxçıvanın ənənəvi bayramları, xalq musiqisi, geyimləri, əl işləri və digər mədəni xüsusiyyətləri barədə məlumat veriblər. Bu tədbir Naxçıvanın tarix və mədəniyyətinin gənc nəsil arasında daha da təbliğ olunmasına kömək edib.