MƏKTƏBDƏ FƏNN MÜSABİQƏSİ KEÇİRİLİB

Məktəbdə V-VI siniflərdə təbiət, VII-XI siniflərdə riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə fənn müsabiqəsi keçirilib. Fənn müəllimlərinin rəy verdiyi və öz bilik- bacarığı ilə seçilən şagirdlər fənn müsabiqəsində iştirak ediblər. Fənn müsabiqəsinin keçirilməsində əsas əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, şagirdlərin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılmasıdır.