Naxçıvanı tanıyaq

"Naxçıvan aylığı"çərçivəsində məktəbimizdə silsilə tədbirlər keçirilir. 5ci sinif rəhbərləri Əliyeva Bacıxanım və Eyvazova Aytac məktəbin 5 "A"və 5"B"sinif şagirdləri ilə birlikdə "Naxçıvanı tanıyaq " adlı dəyirmi masa keçiriblər. Tədbirdə müəllimlər Naxçıvanı tanıtmaq üçün təqdimat hazırlayıblar. Əvvəl "Naxçıvan haqqında nə bilirik?" sualı verilib. Şagirdlərin bəziləri bu suala cavab veriblər. Sonra Naxçıvanın ərazisi, əhalisi,gəzməli yerləri, tarixi abidələri, ziyarətgahları, görkəmli şəxsiyyətləri haqqında məlumatları özündə əks etdirən təqdimat edilib. Şagirdlər eşitdikləri maraqlı məlumatları müzakirə edib, suallara cavab verib, Naxçıvana həsr edilən şeirlər söyləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi