MƏKTƏBDƏ V, VI, VII, VIII, X SİNİFLƏRDƏ TƏDRİS DİLİ VƏ RİYAZİYYAT FƏNNİNDƏN MONİTORİNQ KEÇİRİLİB

    Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsindən ibarətdir. Monitorinqdə şagirdlərə təqdim olunan tapşırıqlar tədris dilindən oxu və dil qaydaları məzmun xətlərini , riyaziyyat fənnindən  ədədlər və  əməllər, cəbr və  funksiyalar,  həndəsə,  statistika  və ehtimal məzmun  xətlərini  əhatə edib. Monitorinq müəllimlərin nəzarəti ilə əvvəlcədən müəyyən edilmiş qrafik əsasında keçirilib. Məktəb rəhbərliyi monitorinqin gedişinə  nəzarət edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi