Şagirdimizin uğuru

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı ( TÜRKSOY) tərəfindən Türkmənistanın Anev şəhəri 2024-cü il üçün Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilmiş, böyük türk şair və mütəfəkkiri Məftimqulu Fəraqinin anadan olmasının 300 illiyi ilə əlaqədar olaraq 2024-cü il adı çəkilən şairin "Anım ili" elan olunmuşdur. Bu xüsusda TÜRKSOY tərəfindən " Mütəfəkkir şair Məftimqulu Fəraqi" mövzusunda inşa müsabiqəsi elan olunmuşdur.
Məktəbimizin 10"B" sinif şagirdi Fidan Babayevanın yazmış olduğu " Ruhumu fəth edib, dincliyimi əlimdən alan şair" adlı inşası müsabiqənin şərtlərinə uyğun gələrək Aşqabadda dəyərləndirilib. Və həmin inşa digər inşalarla birlikdə kitabda nəşr edilib.