COP-29 haqqında şagirdlərlə ingilis dilində dəyirmi masa keçirilib

Məktəbdə ingilis dili müəllimləri Samirə Əzizova , İlahə Abdalova və Gülşən Həsənova COP-29 haqqında şagirdlərlə ingilis dilində dəyirmi masa keçiriblər. (Conversation club) Bu tədbirdə şagirdlər, xüsusilə COP-29-da könüllü olaraq iştirak edən 11-ci sinif şagirdləri Hüseynov Ömər və Hüseynov Camal öz təcrübələrini bölüşüblər. Şagirdlərdən Ağazadə Ayan, Həsənli Müseyib, Şuvayev Daniyil, Zeynallı İbrahim və Tağıyeva Bağdad iqlim dəyişikliyi, karbon emissiyalarının azaldılması, ekoloji layihələr və qlobal əməkdaşlıq mövzularında müzakirələr aparıblar. Tədbir gənclərin ətraf mühitə qarşı məsuliyyətli yanaşmalarını təşviq etmək məqsədi daşıyıb və şagirdlərə COP-29 haqqında ətraflı məlumat verilib. Bu müzakirələr gənclərin ekoloji problemlər haqqında daha geniş düşünmələrini və bu məsələlərə dair daha çox məlumat əldə etmələrini təmin edib.