6 "A" SİNFİNİN ROBOTLARI

Məktəbin riyaziyyat- informatika müəllimi Ramazanova İlahə STEAM fənnindən “Oyuncaq Robotun” dizaynı mövzusunu yarışa çevirib. Şagirdlər yarış zamanı maraqlı robotlar hazırlayıblar. Robotlardan kosmosa gedən robot, polis robot, geceni işıqlandıran robot, uşaqları əyləndirən robotlar şagirdlərin marağına səbəb olub. Alqayev Cavanşirin polis köməkçi robotu sinifdə təcrübədən keçirilib.Polis robot qarşılaşdığı maneələri əməliyyat zamanı aradan qaldırıb. Siniflərarası tura Azadova Dərya,Alqayev Cavanşir, Əli Leyla, Mirzəyeva Nigar keçiblər. Müəllim şagirdləri həvəsləndirmək üçün onları fəxri fərmanla təltif edib.