ŞAGİRDLƏRİMİZ FİRİDUN BƏY KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASINDA OLUBLAR

Məktəbin UBTR rəhbəri BənurəTağıveva və 4"A" sinfinin rəhbəri Afət Allahverdiyeva şagirdləri ilə F. Köcərli adına kitabxanada yeni kitablarla tanış olublar. Bu cür tədbirlər şagirdlərin kitaba olan marağını artırır, onlara oxuma vərdişləri qazandırır və yeni biliklər əldə etmələrinə şərait yaradır. Kitabxanada təşkil edilən bu görüşdə uşaqlar müxtəlif janrda yeni kitablarla tanış olublar və kitabxananın imkanlarından istifadə edərək oxumaq istədikləri əsərləri seçə biliblər. Belə tədbirlər həm şagirdlərin intellektual inkişafına, həm də oxumağa olan maraqlarının artmasına kömək edir. Tədbirin sonunda isə şagirdlər Ulu Öndər Heydər Əliyev haqqında şeirlər söyləyib, mahnılar ifa edərək onun xatirəsini ehtiramla yad ediblər. Bu həm də uşaqlara vətənpərvərlik hisslərini aşılamaq, Ulu Öndərin həyatı və fəaliyyəti ilə tanış olmaq baxımından önəmli bir addım olub.