Tanrıdan tükənməz sərvətimizsən...

Xalqımız 12 dekabrı Ulu öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürür mənbəyinə çevrilmişdir. H. Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Hər ildə olduğu kimi bu il də ulu öndərimizin anım günü münasibəti ilə məktəbimizdə silsilə tədbirlər keçirilib. Məktəbin 8 "B" sinif şagirdləri kitabxanada “Tanrıdan tükənməz sərvətimizsən” adlı dəyirmi masa keçiriblər. Şagirdlər bu əvəzsiz insanın həyatından maraqlı hadisələr danışaraq onun həm ictimai xadim, həm də gözəl ailə başçısı olduğunu fəxrlə söyləyiblər. Sonda şagirdlər bu qənaətə gəliblər ki, Heydər Əliyevin nurlu xatirəsi qəlbimizdə, yaddaşımızda əbədi yaşayacaqdır. O, bizim xatirələrimizin əbədi məhək daşıdır. Ulu öndər nurlu bir müdriklik simvolu idi. Bu dahi və bənzərsiz şəxsiyyət parlaq günəş kimi üzərimizə daim işıq saçacaq, həyatımızın hər sahəsində bizə yol göstərəcəkdir.
Sonra şagirdlərimiz Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət ediblər .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi