SÜNİ İNTELEKTLİ İNSAN ADLI ROBOT YARIŞI KEÇİRİLİB

Məktəbin müəllimləri - Ramazanova İlahə, Orucuova Gülümsər, Zöhrabova Esmira 6- cı siniflər arasında Steam fənnindən “Süni intellektli insan” adlı robot yarışı keçiriblər. Yarışda 20 şagird iştirak edib. İştirakçıların təqdimatı və robotları maraqla qarşılanıb. Maraqlı təqdimatlar arasında 6 "A" sinif şagirdi Azadova Dəryanın . “Damot” adlı kosmosda alimə köməkçi robotu maraqla qarşılanıb. 6 "E" sinif şagirdi Seyid Arif Mövsümovun yanğın söndürən robotu xüsusi ilə diqqət cəlb edib .Bundan başqa həkim robot ,mətbəx köməkçisi və s. robot maketləri böyük marağa səbəb olub.Tədbirdə məktəbin direktoru Kəmalə Qədirova, direktor müavinləri Nazimə Zeynalova və  İlahə Məmmədova iştirak edib və şagirdlərə öz tövsiyələrini veriblər. Sonda iştirakçılar münsif seçilmiş yuxarı sinif şagirdləri tərəfindən qiymətləndirilmiş, fəxri fərmanla və hədiyyələrlə təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi