İLHAM ƏLİYEVİN RƏHBƏRLİYİ ALTINDA ƏLDƏ OLUNAN UGURLAR

Məktəbin fəaliyyət planına əsasən 10-cu sinif şagirdləri üçün keçirilən "İlham Əliyev və Qüdrətli Azərbaycan" adlı tədbirdə, məktəbin çağırışaqədərki hazırlıq rəhbəri Nurəddin Qasımov çıxış edərək, Prezident İlham Əliyevin liderliyi altında Azərbaycanın gücünün və qüdrətinin artdığını vurğulayıb. O, şagirdlərə, Azərbaycanın müstəqilliyini qorumaq və beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmək istiqamətində əldə olunan nailiyyətlərdən danışıb. Müəllim hər bir gəncin bu uğurlara öz töhfəsini verməsinin vacibliyini qeyd edərək, "Qüdrətli Azərbaycan" ideyasının gənclərin gələcəyini necə formalaşdırdığını bildirib. Tədbir şagirdlərə ölkənin inkişafında rol almağın və Vətənə xidmət etməyin əhəmiyyətini bir daha xatırladıb.